Azərbaycan karateçiləri "Bosfor" turnirində iştirak edəcəklər

Azərbaycan karateçiləri "Bosfor" turnirində iştirak edəcəklər Yarışda ölkəmizi 27 idmançı təmsil edəcək
Fərdi
3 Mart , 2017 20:48
Azərbaycan karateçiləri Bosfor turnirində iştirak edəcəklər

Bakı. 3 mart. REPORT.AZ/ Karate üzrə Azərbaycan milli komandası Türkiyənin İstanbul şəhərində keçiriləcək 30-cu beynəlxalq "Bosfor" karate turnirinə yola düşüb.

"Report"un Azərbaycan Milli Karate Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, bu gün start götürəcək yarışda ölkəmizi 27 idmançı təmsil edəcək.

Qeyd edək ki, 23 ölkədən 1394 karateçinin qatılacağı turnirə martın 5-də yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi