Yuxarı

Azərbaycan karateçiləri Avropa çempionatında tarixi nailiyyətə imza atıb

Milli üzvləri mükafatlara sahib ola bilən 21 ölkə arasında Fransa və İspaniyadan geri qalıb

Bakı. 9 may. REPORT.AZ/ Azərbaycanın karate üzrə milli komandası Fransanın Monpelye şəhərindəki 51-ci Avropa çempionatını 3-cü yerdə başa vurub. "Report"un məlumatına görə, 2 qızıl və 1 bürünc medal qazanan milli üzvləri mükafatlara sahib ola bilən 21 ölkə arasında yerli komanda və İspaniyadan geri qalıb. 

4 qat dünya çempionu Rafael Ağayev (75 kq) 13-cü dəfə Avropa çempionu olaraq, şəxsi rekordunu yeniləyib. Nuranə Əliyeva, İlahə Qasımova, Fəridə Abiyeva və İrina Zaretskadan ibarət qadın seçmə komanda bir-birinin ardınca Portuqaliya, Rusiya, Finlandiya və Türkiyə idmançılarına, final görüşündə isə Xorvatiya kimi yüksək titullu komandalara qalib gələrək qitə birincisi olub. Bu nəticə həm də Azərbaycanın karate tarixində bir neçə ilklərdən olub.

Daha bir rekorda gənclərdən ibarət seçmə komandanın üzvü Roman Heydərov imza atıb. 17 yaşlı idmançı kata yarışlarında bürünc medal qazanaraq, Ümumdünya Karate Federasiyasının statistik göstəricilərinə böyüklər arasında ilk azyaşlı mükafatçı kimi daxil olub.

Qeyd edək ki, 51-ci Avropa çempionatında 46 ölkədən 437 karateçi mübarizə aparıb. Azərbaycan milli komandasını oktyabrın axırında Avstriyada dünya çempionatı gözləyir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi