Azərbaycan Karate Federasiyasında (AKF) yeni təyinatlar reallaşıb.
"Report" xəbər verir ki, AKF-nin parakarate üzrə yığma komandasının baş məşqçisi Rənad Əliyev federasiyanın Parakarate komitəsinə sədr seçilib.
Digər qərara əsasən, AKF prezidentinin köməkçisi Vüsal Abdullazadə Texniki təminat xidmətinin rəisi vəzifəsinə təyin olunub.