İslamiada: Azərbaycan idmançısının qazandığı medalın əyarı dəqiqləşib

İslamiada: Azərbaycan idmançısının qazandığı medalın əyarı dəqiqləşib Azərbaycan Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında növbəti medalını təmin edib.
Fərdi
9 Avqust , 2022 17:04
İslamiada: Azərbaycan idmançısının qazandığı medalın əyarı dəqiqləşib

Türkiyənin Konya şəhərində keçirilən V İslam Oyunlarında taekvondo yarışlarının ilk günündə Azərbaycanın bürünc medal qazanması müəyyənləşib.

"Report"un Konyaya ezam olunmuş əməkdaşının məlumatına görə, 58 kq çəki dərəcəsində yarışan Həşim Məhəmmədov yarımfinalda uduzaraq üçüncü yerlə kifayətlənib.

Bununla da Azərbaycanın İslamiadada qazandığı medalların sayı 2-yə çatıb. Ölkə medal sıralamasında 1 qızıl və 1 bürünclə 8-cidir.

14:45

Azərbaycan Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında növbəti medalını təmin edib.

"Report"un Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, 58 kq çəki dərəcəsində çıxış edən taekvondoçu Həşim Məhəmmədov Pakistan təmsilçisi Xan Haruna qalib gələrək yarımfinala yüksəlib.

Məhəmmədov yarımfinala vəsiqə qazandığı üçün ən azı bürünc medalı qazanmış sayılır.

Qeyd edək ki, Səyyad Dadaşov (54 kq) 1/4 finalda, qadın taekvondoçulardan Səidə Əliyeva (57 kq) və Röya Hacıyeva (53 kq) isə 1/8 finalda mübarizəni dayandırıblar. 

Xatırladaq ki, daha əvvəl atlet Anna Skidan çəkicatma növündə qızıl medala sahib çıxıb. 

Son xəbərlər

Orphus sistemi