Azərbaycanda ilin məşqçisi adına namizədlər açıqlanıb

Azərbaycanda ilin məşqçisi adına namizədlər açıqlanıb Azərbaycanda ilin məşqçisi və idman xadimi adına namizədlər açıqlanıb.
Fərdi
136
1 Dekabr , 2021 14:49
Azərbaycanda ilin məşqçisi adına namizədlər açıqlanıb

Azərbaycanda ilin məşqçisi və idman xadimi adına namizədlər açıqlanıb.

"Report"un məlumatına görə, İdman Araşdırmalar Mərkəzinin müəyyənləşdirdiyi siyahıda hər nominasiyada müvafiq olaraq 10 və 7 şəxs yer alıb.

İlin məşqçisi

1. Aleksandr Tarakanov (Yunan-Roma güləşi üzrə Azərbaycan milli komandasının baş məşqçisi)

2. Denis Morozov (Karate üzrə qadınlardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi)

3. Fikrət Sideifzadə (Qadın şahmatçılardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi - kapitanı)

4. Joze Alesio da Silva (Futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi)

5. Qurban Qurbanov (“Qarabağ” futbol komandasının baş məşqçisi)

6. Namiq Abdullayev (Sərbəst güləş üzrə Azərbaycan milli komandasının baş məşqçisi)

7. Samir Abasov (“Neftçi” futbol komandasının baş məşqçisi)

8. Sənan Qurbanov (“Keşlə” futbol komandasının baş məşqçisi)

9. Şəhriyar Abbasov (Nəriman Abbasovun şəxsi məşqçisi)

10. Umberto Orta Dominges (Boks üzrə Azərbaycan milli komandasının baş məşqçisi)

İlin İdman Xadimi

1. Çingiz Hüseynzadə - Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Atletika Federasiyasının prezidenti (Azərbaycan idmançıları Tokio-2020 Yay Olimpiya Oyunlarında 3 gümüş, 4 bürünc, para-atletlər isə Yay Paralimpiya Oyunlarında 4 qızıl, 1 gümüş, 1 bürünc medal qazandıqları üçün)

2. İlqar Rəhimov - Milli Paralimpiya Komitəsinin prezidenti (Azərbaycan paralimpiyaçıları Tokio-2020 Yay Paralimpiya Oyunlarında 14 qızıl, 1 gümüş, 4 bürünc medal qazandıqları üçün)

3. Kəmaləddin Heydərov - Boks Federasiyasının prezidenti – Azərbaycan boksçuları dünya çempionatında 1 qızıl, 2 bürünc medal qazandıqları üçün)

4. Mahir Məmmədov - Şahmat Federasiyasının prezidenti (Azərbaycanın qadınlardan ibarət komandası Avropa çempionatında bürünc medal əldə etdiyi üçün)

5. Namiq Əliyev - Güləş Federasiyasının prezidenti əvəzi (Azərbaycan güləşçiləri Avropa, dünya çempionatları və Tokio-2020 Yay Olimpiya Oyunlarında medallar qazandıqları üçün)

6. Yaşar Bəşirov - Milli Karate Federasiyasının prezidenti (Azərbaycan karateçiləri Avropa, dünya çempionatları və Tokio-2020 Yay Olimpiya Oyunlarında medallar qazandıqları üçün)

7. Zaur Axundov - Futzal Federasiyasının və “Keşlə” klubunun prezidenti (Azərbaycan futzal yığması Avropa çempionatına vəsiqə qazandığı və “Keşlə” klubu Azərbaycan Kubokunu əldə etdiyi üçün)

Qeyd edək ki, "İlin Qalibləri-2021" layihəsinin baş sponsoru "Azfar Group", sponsoru Azərbaycanın ilk idman geyimi brendi "Il`Azero", informasiya dəstəkçisi "Report", təşkilati dəstəkçisi Bakı Olimpiya Stadionudur.

Son xəbərlər

Orphus sistemi