Azərbaycan idmançısı Türkiyədəki Qran-pri turnirində bürünc medal qazanıb - FOTO

Azərbaycan idmançısı Türkiyədəki Qran-pri turnirində bürünc medal qazanıb - FOTO Azərbaycan cüdoçusu Elmar Qasımov Türkiyənin Antalya şəhərində keçirilən Qran-pri turnirində bürünc medal qazanıb.
Fərdi
7 aprel 2019 15:16
Azərbaycan idmançısı Türkiyədəki Qran-pri turnirində bürünc medal qazanıb - FOTO

Azərbaycan cüdoçusu Elmar Qasımov Türkiyənin Antalya şəhərində keçirilən Qran-pri turnirində bürünc medal qazanıb.

“Report” xəbər verir ki, 100 kq çəki dərəcəsində mübarizə aparan idmançı üçüncü yer uğrunda görüşdə Misir təmsilçisi Ramadan Darvişi məğlub edib.

Qeyd edək ki, bu gün kişilərin yarışında Uşangi Kokauri (+ 100 kq) bürünc, qadınlarda isə İrina Kindzerska (+78 kq) qızıl medal uğrunda görüşə çıxacaq. İlk iki yarış günündə Rüstəm Orucov (73 kq) günüş, Gültac Məmmədəliyeva (52 kq) bürünc medal qazanıb.

Son xəbərlər

Orphus sistemi