Azərbaycan Tokio-2020 Yay Paralimpiya Oyunlarında ilk medalını qazanıb

Azərbaycan Tokio-2020 Yay Paralimpiya Oyunlarında ilk medalını qazanıb Azərbaycan idmançısı Tokio 2020 XVI Yay Paralimpiya Oyunlarında ilk medalını qazanıb.
Fərdi
26 Avqust , 2021 07:10
Azərbaycan Tokio-2020 Yay Paralimpiya Oyunlarında ilk medalını qazanıb
Pərvin Məmmədov

Azərbaycan Tokio-2020 XVI Yay Paralimpiya Oyunlarında ilk medalını qazanıb.

Bu barədə “Report” Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinə istinadən xəbər verir.

Pauerliftiq idman növü üzrə milli komandanın üzvü Pərvin Məmmədov (49 kq) 156 kq ağırlıq qaldıraraq, yarışın bürünc medalını qazanıb.

"Sevincimin həddi, hüdudu yoxdur. Bu, dünənə qədər mənim üçün yuxu kimi idi. Çox sevinirəm ki, Tokioda bayrağımızı ucalda bildim. Məşqçimizlə əziyyət çox əziyyət çəkdik. Şükür Allaha, əziyyətimiz yerdə qalmadı", - deyə Pərvin Məmmədov bildirib.

Son xəbərlər

Orphus sistemi