Azərbaycan qılıncoynadanı Tbilisidə keçirilən beynəlxalq turnirdə qızıl medal qazanıb - FOTO

Azərbaycan qılıncoynadanı Tbilisidə keçirilən beynəlxalq turnirdə qızıl medal qazanıb - FOTO Azərbaycan sablyaçısı Anna Başta Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “Satellite” seriyalı beynəlxalq turnirdə qızıl medal qazanıb.
Fərdi
28 Oktyabr , 2019 08:22
Azərbaycan qılıncoynadanı Tbilisidə keçirilən beynəlxalq turnirdə qızıl medal qazanıb - FOTO

Azərbaycan sablyaçısı Anna Başta Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “Satellite” seriyalı beynəlxalq turnirdə qızıl medal qazanıb.

Azərbaycan Qılıncoynatma Federasiyasından "Report"a verilən məlumata görə, qrup mərhələsini 5 qələbə ilə başa vuran Başta 1/8 finalda tunisli Ben Çaabane Amiranı 15:4 hesabı ilə yenib.

O, 1/4-də özbəkistanlı Paola Plieqonu 15:5, yarımfinalda Türkiyə təmsilçisi İrina Şçuku 15:10 hesab ilə məğlub edib. Finalda isə Başta gürcüstanlı Teodara Kaxianini 15:12 hesabı ilə üstələyib.

Digər sablyaçılardan Səbinə Kərimova, Sevil Bünyatova və Valeriya Bolşakova qrup mərhələsini asanlıqla adlayıb. Bünyatova qrupda 5, Kərimova və Bolşakova 4 qələbə qazanıb. Bolşakova 1/8 finalda Kaxianiyə 12:15 hesabı ilə uduzub. Kərimova bu mərhələdə türkiyəli sablyaçı Kose Fatma Zəhraya 11:15 hesabı ilə məğlub olub. Bünyatova isə 1/8 finalda Paola Plieqo ilə görüşü 9:15 hesabı ilə geridə bitirib. Qrup mərhələsini 1 qələbə ilə başa vuran Aysel Əhədova isə mübarizəni erkən dayandırıb.
Kişi sablyaçıların şəxsi yarışında qrup mərhələsini 3 qələbə ilə bitirən Cavanşir Ağakişiyev 1/16 finalda Səudiyyə Ərəbistanı təmsilçisi Əli Əlhüseynə 6:15 hesabı ilə məğlub olub.

Son xəbərlər

Orphus sistemi