Yuxarı

Azərbaycan velosipedçisi Slovakiyada bürünc medal qazanıb

Kiril Pozdnyakov liderdən 9 saniyə geri qalıb

Bakı. 13 iyun. REPORT.AZ/ Beynəlxalq Velosipedçilər İttifaqının 2.2 kateqoriyalı Slovakiya Turu Azərbaycanın "Synergy Baku" kontinental komandası üçün uğurlu sonluqla başa çatıb. Azərbaycan Velosiped İdmanı Federasiyasından "Report"a verilən məlumata görə, Kiril Pozdnyakov ümumi sıralanmada fəxri kürsünün 3-cü pilləsinə qalxıb.

Yarışın 2-ci mərhələsində finiş xəttini 2-ci keçməklə ümumi təsnifatda 3-cü pilləyə yüksələn K.Pozdnyakov bu mövqeyini sonadək qoruyub.

Beşgünlük yarışın qalibi, İtaliyanın "Unieuro Wilier" komandasının üzvü Mauro Finetto olub. Azərbaycan idmançısı liderdən cəmi 9 saniyə geri qalıb.

Qeyd edək ki, 23 komandanın çıxış etdiyi yarışda "Synergy Baku" Maksim Averin, Elçin Əsədov, Samir Cəbrayılov, Aleksandr Surutkoviç və Kiril Pozdnyakovla təmsil olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi