Bakı. 31 avqust. REPORT.AZ/ Azərbaycanın "Synergy Baku" kontinental velosiped komandasının üzvü Maksim Averin növbəti Avropa turunda 7-ci yeri tutub. Azərbaycan Velosiped Federasiyasının mətbuat xidmətindən "Report"a verilən məlumata görə, bu nəticə M.Averinə 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına 6 lisenziya xalı qazandırıb.
Bununla da velosipedçinin 4 illiyin zirvə yarışında iştirak üçün topladığı xalların sayı 148-ə çatıb.
Qeyd edək ki, Beynəlxalq Velosipedçilər İttifaqının 1.2 kateqoriyalı yürüşündə iştirakçılar 178 km məsafə qət ediblər. "Synergy Baku" üzvlərindən 5 nəfər - Maksim Averin, Yannis Tamuridis, Markus Eybeger, Samir Cəbrayılov və Matey Müqerli finişi yarış qalibi, Sloveniyanın "Adria Mobil" komandasının üzvü Marko Kumpla eyni vaxtda keçiblər - 4 saat, 5 dəqiqə, 6 saniyə.