Yuxarı

​Azərbaycan idmançısı peşəkar kikboksinq turnirində iştirak edəcək

Ramiz Məmmədov 57 kq. çəkidə döyüşəcək

Bakı. 14 sentyabr. REPORT.AZ/ Rusiyanın Anapa şəhərində peşəkar kikboksiq turniri (ASV KV-2) keçiriləcək.

"Report" "MMAboxing" internet nəşrinə istinadən xəbər verir ki, yarış sentyabrın 22-də təşkil olunacaq.

Azərbaycanı turnirdə Ramiz Məmmədov təmsil edəcək. 57 kq. çəkidə döyüşəcək R.Məmmədovun rəqibi rusiyalı Pasxayev Buvaysar olacaq. Döyüş reytinq xarakterli olacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi