Azərbaycan idmançısı peşəkar döyüşlərin qalibi olub

Azərbaycan idmançısı peşəkar döyüşlərin qalibi olub Ümid Məmmədzadə bütün rəqiblərini məğlub edib
Fərdi
25 Noyabr , 2015 16:36
Azərbaycan idmançısı peşəkar döyüşlərin qalibi olub

Bakı. 25 noyabr. REPORT.AZ/ Azərbaycan idmançısı Ümid Məmmədzadə Ukraynanın Odessa şəhərində təşkil olunan WORLD MMA NETWORK "MAXMIX” reytinqli peşəkar döyüşlərdə mübarizə aparıb. "Report"un məlumatına görə, gənc döyüşçü bütün rəqiblərinə qalib gələrək yarışın qalibi olub. 

Qarşılaşmanın ardından verdiyi açıqlamada Ü.Məmmədzadə bildirib ki, Vətənə qələbə ilə qayıdacağına əmin idi: “İndiyə qədər qazandığım çoxsaylı uğurlarımın sirri fasiləsiz məşqlərimdir və hər zaman zəhmətimin bəhrəsini görmüşəm. Bu yarışda da uğur qazanacağıma inanırdım. Digər yarışlardakı kimi, bu dəfə də qalib gələrək bayrağımızı qaldırdım. Bunu xüsusi qeyd etmək istəyirəm ki, mən hər zaman tək öz qazandığım uğurlarla yox, Vətənimi ölkədən kənarda layiqincə təmsil edən hər bir azərbaycanlının uğuru ilə fəxr edir və ürəkdən sevinirəm".

Qeyd edək ki, Azərbaycan Dövlət İqtisad Universitetinin üçüncü kurs tələbəsi olan Ümid Məmmədzadə uzun müddətdir qaydasız döyüş üzrə peşəkar səviyyədə məşğul olur. O, ikiqat dünya, Avropa, üçqat respublika, ikiqat Bakı, Qafqaz çempionu, bir sıra beynəlxalq turnirlərin qalibi olub, idman ustasıdır. Ü.Məmmədzadə bəzi problemlər səbəbindən Moldovada keçirilən qaydasız döyüşün MMA versiyası üzrə dünya çempionatına qatıla bilməyib. 

Son xəbərlər

Orphus sistemi