Yuxarı

Azərbaycan idmançısı Kolumbiyada keçirilən yarışda qalib olub

Yarışda ölkəmizi qaydasız döyüş ustası Cavid Adıgözəlov təmsil edib

Bakı. 11 avqust. REPORT.AZ/ Kolumbiyanın tarixi Tabio şəhərində MMA versiyası üzrə güclülərin mübarizəsində qaydasız döyüş ustaları arasında peşəkar yarış keçirilib.

Azərbaycanın Kolumbiyadakı səfirliyindən bildiriblər ki, yarışda ölkəmizi qaydasız döyüş ustası Cavid Adıgözəlov təmsil edib. O, qələbə uğrunda Latın Amerikasının müxtəlif ölkələrindən olan idmançılarla mübarizə aparıb.

İdmançımız budəfəki yarışda da ölkəmizi ləyaqətlə təmsil edərək təmiz qələbə qazanıb və üçrəngli bayrağımızı Kolumbiyada dalğalandırıb. Həmyerlimizin döyüş zamanı göstərdiyi yüksək texniki ustalıq çoxsaylı azarkeşlər tərəfindən alqışlarla qarşılanıb.

Səfirliyin dəstəyi ilə qaydasız döyüş üzrə təcrübəsini getdikcə artıran və ölkəmizin idman şərəfini Latın Amerikasında təbliğ edən C.Adıgözəlov azarkeşlər qarşısında idmana və idmançılara göstərilən yüksək qayğıya görə dövlətimizin başçısına, habelə Azərbaycan səfirliyinə minnətdarlığını bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi