Azərbaycan idmançısı cüdo tarixində nadir hadisənin iştirakçısı olub

Azərbaycan idmançısı cüdo tarixində nadir hadisənin iştirakçısı olub Azərbaycan cüdoçusu İmran Yusifov bu idman növünün tarixində nadir hadisələrdən birini gerçəkləşdirib.
Fərdi
284
27 Aprel , 2022 17:17
Azərbaycan idmançısı cüdo tarixində nadir hadisənin iştirakçısı olub

Azərbaycan cüdoçusu İmran Yusifov bu idman növünün tarixində nadir hadisələrdən birini gerçəkləşdirib.

Bu barədə "Report"a Xorvatiyanın Dubrovnik şəhərindəki Avropa Kubokunda 100 kq-dan yuxarı çəkidə qızıl medal qazanmış idmançının özü məlumat verib.

O, startda hakim səhvləri səbəbindən xorvatiyalı Luka Violiçə uduzsa da, döyüşün yenidən keçirilməsinə nail olub. Yusifovun sözlərinə görə, uduzulmuş görüşü geri qaytarmaq cüdo tarixində çox az hallarda baş verir: "Hakim mənə 3 xəbərdarlıq verdi. Birinci qərar haqlı idi. Sonra Violiç hücuma keçərkən yenidən mənə xəbərdarlıq edildi. Halbuki qaydalara görə, bu, 3 hücum cəhdindən sonra olmalıdır. Üçüncüdə rəqib döşəkdən çıxdığı üçün ona xəbərdarlıq verilməli idi. Amma hakim dedi ki, onu sən itələmisən. Beləliklə qələbəni rəqibə verdilər və bu, böyük haqsızlıq idi".

Yusifov hakimlərə etiraz etdikdən sonra qərarın dəyişdirildiyini söyləyib: "Məşqçilərim də ayağa qalxaraq, hakimlərin stoluna yaxınlaşdı. Uzun müddət görüntülərə yenidən baxdılar. Dedilər ki, epizodu izləyib fikrimizi bildirməyimiz mümkündür, amma döyüşü qaytarmaq mümkün deyil. Buna baxmayaraq, məşqçilərim sonadək sözlərinin üstündə durdular və rəqibi yenidən döşək üzərinə çağırdılar. Vaxta baxmadım, amma hardasa 15-20 dəqiqəyə yaxın döşəkdən çıxmadım. Bunu etsəydim, görüş yenidən keçirilməyəcəkdi. Hakim dəfələrlə məni kənara çıxarmaq istəsə də, razı olmadım. Nəticədə döyüş yenidən baş tutdu və 30-40 saniyəyə rəqibi məğlub etdim".

Cüdoçu qızıl medal qazandığı üçün sevindiyini vurğulayıb: "Çox xoş hisslərdir".

Son xəbərlər

Orphus sistemi