Azərbaycan idmançılarının beynəlxalq yarışlarda iştirakı sual altına düşüb

Azərbaycan idmançılarının beynəlxalq yarışlarda iştirakı sual altına düşüb Azərbaycanın şose velosipedi üzrə Elit, U23 və gənclərdən ibarət yığma komandalarıavqustun 24-28-də Fransada Avropa, sentyabrın 20-27-də isə İsveçrədə dünya çempionatında iştirak etməlidir.
Fərdi
28 İyul , 2020 12:36
Azərbaycan idmançılarının beynəlxalq yarışlarda iştirakı sual altına düşüb

Azərbaycanın şose velosipedi üzrə Elit, U23 və gənclərdən ibarət yığma komandalarının Avropa və dünya çempionatlarında iştirakı sual altına düşüb. 

"Report" xəbər verir ki, bununla bağlı Azərbaycan Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) Mətbuat katibi Pərviz Musayev özünün "Facebook" səhifəsində paylaşım edib.

Onun sözlərinə görə, COVID-19 pandemiyası ilə əlaqədar ölkəmizdə tətbiq edilən karantin rejimi və yoluxma sayının dinamikasını nəzərə alan təşkilatçılar yığma üzvlərinin yarışdan əvvəl məhz həmin ölkələrdə karantinə alınmasını tələb edir. Tələbə əsasən, idmançılar Fransada 14, İsveçrədə isə 10 gün karantində qalmalı və bütün xərcləri (otel, qidalanma) özləri ödəməlidir:

"Komandalarımızın dünya və Avropa çempionatları, nüfuzlu beynəlxalq yarışlar, təlim-məşq toplanışları zamanı bütün xərcləri Gənclər və İdman Nazirliyi (AGİN) qarşılayır. Amma Fransada 14, İsveçrədə isə 10 günlük karantin idmançı və texniki heyət sayını nəzərə alsaq, bu, kifayət qədər böyük məbləğə başa gələcək".

Musayev bildirib ki, AGİN həmin pulu ödəsə belə, yenə məsələ qəliz olaraq qalır: "Çünki təşkilatçılar karantin zamanı qaldığın məkanı tərk etməmək tələbini də qoyduqları üçün idmançılarımız Fransada Avropa çempionatından əvvəl 14, İsveçrədə dünya çempionatından əvvəl isə 10 gün yolda məşq edə bilməyəcəklər. Belədə yarışa getməyin nə mənası var? Hələlik təşkilatçılarla danışıqlarımız davam edir və onlara karantinsiz olmaq şərti ilə həm Azərbaycanda, həm də həmin ölkələrdə koronavirus testindən keçərək yarışda iştirak variantını təklif etmişik. Gözləyirik, görək qəbul edəcəklərmi".

Mətbuat katibi Fransa və İsveçrənin yarışdan əvvəlki karantin tələbinin bütün ölkələrə aid olmadığını söyləyib: "Məsələn, qonşu Gürcüstan idmançıları yarışlardan 1-2 gün əvvəl həmin ölkələrə rahat gedə biləcəklər".

Qeyd edək ki, Avropa çempionatı 24 - 28 avqustda Fransada, dünya çempionatı isə 20 - 27 sentyabrda İsveçrədə keçirilməlidir. 

Son xəbərlər

Orphus sistemi