Azərbaycan idmançıları Moskva Qran-prisində iştirak edə bilərlər

Azərbaycan idmançıları Moskva Qran-prisində iştirak edə bilərlər Rusiya ərazisində məşq edən Azərbaycan, Belarus və Gürcüstan idmançıları fiqurlu konkisürmə üzrə Qran-prinin Moskva mərhələsində çıxış etmək imkanı qazanacaqlar.
Fərdi
173
16 Sentyabr , 2020 13:47
Azərbaycan idmançıları Moskva Qran-prisində iştirak edə bilərlər

Rusiya ərazisində məşq edən Azərbaycan, Belarus və Gürcüstan idmançıları fiqurlu konkisürmə üzrə Qran-prinin Moskva mərhələsində çıxış etmək imkanı qazanacaqlar.

"Report"un məlumatına görə, bu barədə "TASS"a Beynəlxalq Konkisürmə İttifaqının (ISU) vitse-prezidenti Aleksandr Lakernik deyib.

O bildirib ki, yarışa məhdud sayda iştirakçı buraxılacağından hər şeyin əvvəlcədən həll edilməsinə ehtiyac var: "Qran-pridə ölkəmizdə məşq edən idmançılar mübarizə apara bilərlər. Həmçinin ölkə xaricindən də gələnlər ola bilər. Amma hələlik uçuşlarla bağlı vəziyyət tam aydın deyil".

Lakernikin sözlərinə görə, Moskva Qran-pridən əvvəl Rusiya Kubokununun iki mərhələsinə də ev sahibliyi edəcək.

Qeyd edək ki, yarışın 20-22 noyabrda keçirilməsi planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi