Yuxarı

​Azərbaycan idmançıları 30 saat İstanbul hava limanında qalıb

Azərbaycan gimnastları 5 qızıl, 5 gümüş və 2 bürünc medal qazanıb

Bakı. 23 fevral. REPORT.AZ/ Ötən həftə Estoniyanın Tartu şəhərində yekunlaşan bədii gimnastika üzrə “Miss Valentine” adlı beynəlxalq turnirdə Azərbaycan gimnastları 5 qızıl, 5 gümüş və 2 bürünc medal qazanıb. 

"Report"un Azərbaycan Gimnastika Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, 4 çıxışın nəticəsinə əsasən, həmçinin ayrı-ayrı alətlərdə - halqa, top və gürzlərlə yeniyetmə gimnastlardan Jalə Piriyeva 4 qızıl medala layiq görülüb.

Böyüklər kateqoriyasında çıxış edən gimnast Marina Durunda da gürzlərlə hərəkətlərdə qızıl medal əldə edib. Bundan əlavə, o, ümumi hesaba çoxnövçülük və halqa ilə hərəkətlərdə 2 gümüş medal, həmçinin lent və topla hərəkətlərdə 2 bürünc medal yazdırıb.

Böyüklərdən ibarət qrup hərəkətləri üzrə komanda da çoxnövçülükdə, lent ilə hərəkətlərdə və gürzlər-halqa ilə kombinasiyada 3 gümüş medal qazanıb.

Lakin gimnastların medal sevinci hava limanınadək davam edib. Bakıya dönən idmançılar hava şəraiti ilə əlaqədar olaraq 30 saat İstanbul hava limanında gözləməli olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi