Azərbaycan İtaliyada keçiriləcək kikboksinq üzrə dünya kuboku yarışında təmsil olunacaq

Azərbaycan İtaliyada keçiriləcək kikboksinq üzrə dünya kuboku yarışında təmsil olunacaq Yığmamıza milli komandamızın rəhbəri Sadıq Bağırov rəhbərlik edəcək
Fərdi
4 İyun , 2015 07:06
Azərbaycan İtaliyada keçiriləcək kikboksinq üzrə dünya kuboku yarışında təmsil olunacaq

Bakı. 4 İyun. REPORT.AZ/ İyunun 4-dən 8-dək İtalyanın Rimini şəhərində kikboksinqin WAKO versiyası üzrə keçiriləcək növbəti dünya kuboku yarışında Azərbaycan milli komandası da mübarizə aparacaq.

"Report" AZƏRTAC-a istinadən xəbər verir ki, yarışda low-kick, kick-light, full-kontakt, light-kontakt növləri üzrə qüvvəsini sınayacaq yığmamıza Sadıq Bağırov rəhbərlik edəcək. Tanınmış idmançılarımız Fuad Zeynalov (kick-light) və Eduard Məmmədov (low-kick) da yarışda iştirak edəcəklər.

Yarışa ciddi hazırlaşdığını bildirən 89 kiloqram çəki dərəcəsində ölkəmizi təmsil edəcək Fuad Zeynalov deyib: “Dünya kubokuna yüksək səviyyədə hazırlıq prosesi keçmişəm. Həm fiziki, həm taktiki-texniki, həm də psixoloji cəhətdən özümü tam hazır hiss edirəm. Rəqiblərimin döyüşlərini izləmişəm və təhlil etmişəm. Bu yarışda ən yüksək nəticəni qazanmağa çalışacağam. Ümid edirəm ki, Vətənə qızıl medalla qayıdacağam”. 

Son xəbərlər

Orphus sistemi