Azərbaycan, İran və İraqın cüdo federasiyaları arasında əməkdaşlıq sazişi imzalanıb

Azərbaycan, İran və İraqın cüdo federasiyaları arasında əməkdaşlıq sazişi imzalanıb Mərasim dekabrın 27-də Azərbaycan Cüdo Federasiyasında baş tutub
Fərdi
27 Dekabr , 2017 22:54
Azərbaycan, İran və İraqın cüdo federasiyaları arasında əməkdaşlıq sazişi imzalanıb

Bakı. 27 dekabr. REPORT.AZ/ Dekabrın 27-də Azərbaycan Cüdo Federasiyasında yeni əməkdaşlıq sazişi imzalanıb.

“Report” xəbər verir ki, sazişi ölkəmizdə səfərdə olan İran İslam Respublikası Cüdo Federasiyasının prezidenti Məhəmməd Deraxşanmübarək, İraq Cüdo Federasiyasının prezidenti Samir Əl-Musəvi və Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov imzalayıblar.

Əməkdaşlıq sazişinə əsasən, bu üç ölkənin cüdo federasiyaları dostluq münasibətlərini və qarşılıqlı əməkdaşlığı inkişaf etdirərək, bütün yaş qrupları üzrə milli yığma komandaların birgə təlim-məşq toplanışlarını, turnirlər, yoldaşlıq görüşlərinin təşkili və keçirilməsini reallaşdıracaq. Tərəflərin üzvü olan idman təşkilatlarının, elecə də idman məktəblərinin əməkdaşlığına şərait yaradılacaq. Məşqçilər və hakimlər üçün birgə seminarlar təşkil ediləcək. Müxtəlif təcrübə mübadiləsi layihələrinin hazırlanması və həyata keçirilməsi də nəzərdə tutulur. Həmçinin, müxtəlif yarışlarda təmsil olunmaq üçün zəruriyyət yaranmış çəki dərəcələrində idmançı transferlərinin həyata keçirilməsi də gələcək planlar daxilindədir.

Görüşdə Sadıq Sadıqov qonaqlara xatirə hədiyyələrini təqdim edib.

Son xəbərlər

Orphus sistemi