Azərbaycan İdman Jurnalistləri Federasiyasının İdarə Heyətinin üzvləri müəyyənləşib

Azərbaycan İdman Jurnalistləri Federasiyasının İdarə Heyətinin üzvləri müəyyənləşib Azərbaycan İdman Jurnalistləri Federasiyasının (AİJF) İdarə Heyətinin üzvləri müəyyənləşib.
Fərdi
10 yanvar 2020 11:23
Azərbaycan İdman Jurnalistləri Federasiyasının İdarə Heyətinin üzvləri müəyyənləşib
Report / Sultana Ahmadbayli

Azərbaycan İdman Jurnalistləri Federasiyasının (AİJF) İdarə Heyətinin üzvləri müəyyənləşib.

"Report"un məlumatına görə, bu barədə federasiyanın rəhbəri, "İdman" qəzetinin baş redaktoru Qabil Mehdiyev qurumun Milli Olimpiya Komitəsində (MOK) keçirilən təqdimat mərasimində açıqlama verib.

O bildirib ki, heyətdə özündən əlavə, Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri, yunan-Roma güləşi üzrə olimpiya və ikiqat dünya çempionu Fərid Mansurov, MOK-un İnformasiya və Nəşriyyat İdarəsinin rəhbəri Cəmaləddin Rəhmanov, Bədən Tərbiyəsi və İdman Akademiyasının İdman jurnalistikası magistr proqramının meneceri Ellada Mustafayeva, AFFA-nın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla, azerisport.com saytının baş redaktoru Vüqar Zeynalov, "Futbol+" qəzetinin baş redaktoru Mahir Rüstəmli, "Report" İnformasiya Agentliyinin İdman departamentinin redaktoru Elşən Məmmədov və ATV telekanalının İdman şöbəsinin redaktoru Sənan Şəfizadə yer alıb.

Onlar AİJF-nin təsisçilərinin qərarı ilə seçiliblər.

Son xəbərlər

Orphus sistemi