Azərbaycan hakimlərinin statuslarında dəyişiklik edilib

Azərbaycan hakimlərinin statuslarında dəyişiklik edilib Bu il Azərbaycanı ümumilikdə 20 beynəlxalq dərəcəli hakim təmsil edəcək
Fərdi
19 Yanvar , 2016 14:16
Azərbaycan hakimlərinin statuslarında dəyişiklik edilib

Bakı. 19 yanvar. REPORT.AZ/ Dünya Güləş Birliyi (UWW) hakimlərin statusu ilə bağlı yeni siyahı açıqlayıb. "Report"un məlumatına görə, ötənilki yarışlarda və hakimlik imtahanlarında göstərdiyi nəticələrə əsasən 2016-cı il üçün hakimlik dərəcələri təyin olunub. 

UWW-nin siyahısında Azərbaycan hakimlərindən bir neçəsinin dərəcəsində dəyişiklik baş verib. Olimpiya dərəcəli hakimlərin siyahısında Hicran Şərifovla Asif Şirəliyev yer alır. H.Şərifov əvvəl də ən yüksək kateqoriyaya sahib idi və 2 dəfə Yay Olimpiya Oyunlarında iştirak edib. A.Şirəliyev isə bu il I-S (Super kateqoriyalı) dərəcəsinə yüksəlib.

UWW-nin imtahanından uğurla keçən hakimlər Natiq Hacıyevlə Sədi Quliyevdir. Onlar I dərəcəyə yüksəliblər. Bu kateqoriyada Azərbaycanı Qərib Əliyev və İntiqam Alıyev də təmsil edir. 

Yeni siyahıda statusu yüksələn daha bir hakim Vüqar Şükürovdur. O, II dərəcəyə yüksəlib. Bu kateqoriyada həm də Vaqif Zeynallı yer alır. Bundan başqa, milli dərəcəli hakim Bəşir İsazadə III dərəcə hakimlik statusuna layiq görülüb. 

Digər hakimlərin statusunda isə dəyişiklik baş verməyib. Beləliklə, 2016-cı il ərzində beynəlxalq səviyyəli yarışlarda Azərbaycanı ümumilikdə 20 beynəlxalq dərəcəli hakim təmsil edəcək. Onlardan 2-si I-S (Olimpiya), 4-ü I dərəcə, 2-si II dərəcə, 12-si isə III dərəcə beynəlxalq hakimlik statusuna malikdir. 

Bundan əlavə, Azərbaycan Güləş Federasiyası Hakimlər Kollegiyası gənclərin güləş hakimliyinə cəlb edilməsi istiqamətində fəaliyyətini davam etdirir. Ötən il ərzində hakimlik seminarlarında müvəffəqiyyət qazanan gənclərdən 18-i milli hakim statusu alıb və ölkədaxili yarışların idarə edilməsində iştirak edir. 

Son xəbərlər

Orphus sistemi