Hazırda ölkəmizdə populyar olan yunan-Roma və sərbəst güləş zəngin tarixə və ənənələrə malikdir. Bunun təsdiqi üçün Azərbaycan güləş tarixini vərəqləmək kifayətdir. Özü də hər iki növdə milli güləşimizin əksər elementləri, fəndləri və mübarizə metodları əksini tapıb. Ümumiyyətlə, milli güləşin elementlərinə Qobustan qayalarında, şifahi xalq ədəbiyyatında, klassik ədəbiyyatda və dastanlarda da rast gəlmək mümkündür. Bir sözlə, güləş xalqımızın qanında, canındadır və nəsillərdən nəsillərə ötürülür. İndi də toy və bayram şənliklərində qurşaq tutanlara rast gəlinir. Vaxtilə isə Azərbaycanda güləş yarışları əsasən xüsusi yerlərdə - Zorxanalarda təşkil olunurdu.
Ümumiyyətlə, Azərbaycanda güləş öz təşəkkülünü ikinci Dünya müharibəsindən sonra tapıb. “Kusturud” idman klubunun təşəbbüskarlarından və oradakı məşğələlərin iştirakçılarından olan Rza Baxşəliyev ölkəmizdə güləşin banilərindən sayılır. O, SSRİ-nin əməkdar idman ustası, Azərbaycanın 20 qat çempionu olub. Onun məktəbinin yetirmələrindən böyük uğurlar qazanmış Musa Babayev, İbrahimpaşa Dadaşov, Muxtar Dadaşov və ilk dəfə 1952-ci ildə Helsinki Olimpiya Oyunlarında gümüş medala yiyələnən Rəşid Məmmədbəyovu nümunə göstərmək olar. Sonrakı dönəmlərdə isə Aydın İbrahimov, Rafiq Hacıyev, Xəzər İsayev, Arif Niftullayev və Məhyəddin Allahverdiyev kimi dünya şöhrətli pəhləvanlar üzə çıxdı.
Əlbəttə, məqsədimiz təkcə uzaq tarixə ekskurs deyil. Azərbaycan güləşinin müasir, müstəqillik dönəminə sığan bölümünə də işıq salacağıq. Müstəqilliyin ilk illərində də təmsilçilərimizin beynəlxalq arenalarda müəyyən uğurlarının şahidi olmuşuq. Daha böyük nailiyyətlər isə Ümummilli Lider Heydər Əliyev hakimiyyətə gələndən, İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidenti seçiləndən sonraya təsadüf edir. Bunun da əsas səbəbi dövlət səviyyəsində nəinki güləşə, ümumiyyətlə, idmana göstərilən diqqət və qayğıdır. İdman uzun müddətdir ki, dövlətin xüsusi önəm verdiyi, prioritet sahələrdən biridir. Nüfuzlu yarışlarda sıralanan uğurları da məhz bu siyasətin məntiqi nəticəsi saymaq lazımdır.
Etiraf edək ki, Yay Olimpiya Oyunları, dünya və Avropa çempionatları təqvimdə əsas yarışlar sayılır. Bu səbəbdən adı çəkilən turnirlərdə qazanılan uğurların çəkisi daha ağırdır. Azərbaycan pəhləvanları da, az öncə qeyd etdiyimiz kimi, böyük nailiyyətlərə imza atıblar. Bir qədər sonra təqdim edəcəyimiz nəticələrə göz gəzdirərkən də bunun şahidi olmaq mümkündür. Əslində təmsilçilərimiz başqa nüfuzlu yarışlarda da uğurlu nəticələrlə güləş həvəskarlarını sevindiriblər. Yay Olimpiya Oyunları, dünya və Avropa çempionatlarında qazanılan gümüş və bürünc medalların sayı da kifayət qədərdir. Sadəcə, üstünlüyü Azərbaycan güləşinin ağır artilleriyasına - xalça üzərində tarix yazanlara verəcəyik. Bir sadə məntiqlə ki, qazanılan qızıl medal çempionluq, titul, Dövlət Himninin səsləndirilməsi və bayrağın qaldırılması deməkdir. Bunun isə xüsusi izaha ehtiyacı yoxdur.
Yay Olimpiya Oyunları
2000. Sidney
Namiq Abdullayev (54 kq) - sərbəst güləş
2004. Afina
Fərid Mansurov (66 kq) - yunan-Roma güləşi
2012. London
Toğrul Əsgərov (60 kq) – sərbəst güləş
Şərif Şərifov (84 kq) – sərbəst güləş
Dünya çempionatı
1963. Sofiya
Aydın İbrahimov (57 kq) - sərbəst güləş
1978. Mexiko
Arif Niftullayev (74 kq) - yunan-Roma güləşi
1985. Kolbotn
Məhyəddin Allahverdiyev (48 kq) - yunan-Roma güləşi
1986. Budapeşt
Məhyəddin Allahverdiyev (48 kq) - yunan-Roma güləşi
Xəzər İsayev (62 kq) – sərbəst güləş
1987. Klermon-Feran
Məhyəddin Allahverdiyev (48 kq) – yunan-Roma güləşi
2003. Nyu-York
Arif Abdullayev (60 kq) - sərbəst güləş
2007. Bakı
Fərid Mansurov (66 kq) - yunan-Roma güləşi
2009. Herninq
Mariya Stadnik (48 kq) – qadın güləşi
Yuliya Ratkeviç (59 kq) – qadın güləşi
Fərid Mansurov (66 kq) – yunan-Roma güləşi
2010. Moskva
Həsən Əliyev (60 kq) – yunan-Roma güləşi
Xetaq Qazyumov (96 kq) – sərbəst güləş
2011. İstanbul
Rövşən Bayramov (55 kq) – yunan-Roma güləşi
Şərif Şərifov (84 kq) – sərbəst güləş
2014. Daşkənd
Hacı Əliyev (61 kq) – sərbəst güləş
2015. Las Veqas
Hacı Əliyev (61 kq) – sərbəst güləş
Rəsul Çunayev (71 kq) – yunan-Roma
2017. Paris
Hacı Əliyev (61 kq) – sərbəst güləş
2018. Budapeşt
Eldəniz Əzizli (55 kq) – yunan-Roma güləşi
2019. Nur-Sultan
Mariya Stadnik (50 kq) – qadın güləşi
2021. Oslo
Rafiq Hüseynov (82 kq) – yunan-Roma güləşi
2022. Belqrad
Eldəniz Əzizli (55 kq) – yunan-Roma güləşi
2023. Belqrad
Eldəniz Əzizli (55 kq) – yunan-Roma güləşi
Rafiq Hüseynov (82 kq) – yunan-Roma güləşi
Avropa çempionatı
1966. Karlsrue
Aydın İbrahimov (57 kq) – sərbəst güləş
1970. Berlin
Rafiq Hacıyev (48 kq) – sərbəst güləş
1984. Yönköpinq
Məhyəddin Allahverdiyev (48 kq) – yunan-Roma güləşi
1986. Saloniki
Xəzər İsayev (62 kq) – sərbəst güləş
1987. Veliko Tırnovo
Xəzər İsayev (62 kq) – sərbəst güləş
1993. İstanbul
Natiq Eyvazov (52 kq) – yunan-Roma
1994. Roma
Namiq Abdullayev (52 kq) – sərbəst güləş
1995. Fribur
Namiq Abdullayev (52 kq) – sərbəst güləş
Məhəmməd İbrahimov (82 kq) – sərbəst güləş
1996. Budapeşt
Məhəmməd İbrahimov (82 kq) – sərbəst güləş
2002. Bakı
Nazim Əlicanov (55 kq) - sərbəst güləş
2003. Riqa
Namiq Abdullayev (55 kq) – sərbəst güləş
2005. Varna
Vitali Rəhimov (60 kq) - yunan-Roma güləşi
2007. Sofiya
Rövşən Bayramov (55 kq) – yunan-roma güləşi
2008. Tampere
Mariya Stadnik (48 kq) – qadın güləşi
Rövşən Bayramov (55 kq) – yunan-Roma güləşi
2009. Vilnüs
Mariya Stadnik (48 kq) – qadın güləşi
Zəlimxan Huseynov (60 kq) – sərbəst güləş
Çamsulvara Çamsulvarayev (74 kq) – sərbəst güləş
Xetaq Qazyumov (96 kq) – sərbəst güləş
Əli İsayev (120 kq) – sərbəst güləş
2010. Bakı
Mahmud Məhəmmədov (55 kq) – sərbəst güləş
Elçin Əliyev (55 kq) – yunan-Roma güləşi
Həsən Əliyev (60 kq) – yunan-Roma güləşi
Sona Əhmədli (59 kq) – qadın güləşi
Nadejda Semyontsova (67 kq) – qadın güləşi
Cəbrayıl Həsənov (66 kq) – sərbəst güləş
Xetaq Qazyumov (96 kq) – sərbəst güləş
2011. Dortmund
Mariya Stadnik (48 kq) – qadın güləşi
Yuliya Ratkeviç (59 kq) – qadın güləşi
Nadejda Semyontsova (67 kq) – qadın güləşi
Cəbrayıl Həsənov (66 kq) – sərbəst güləş
Rafiq Hüseynov (74 kq) – yunan-Roma güləşi
Xetaq Qazyumov (96 kq) – sərbəst güləş
2012. Belqrad
Elçin Əliyev (55 kq) – yunan-Roma güləşi
Toğrul Əsgərov (60 kq) – sərbəst güləş
2014. Vantaa
Mariya Stadnik (48 kq) – qadın güləşi
Hacı Əliyev (61 kq) – sərbəst güləş
Ruslan Dibirhacıyev (70 kq) – sərbəst güləş
2016. Riqa
Mariya Stadnik (48 kq) – qadın güləşi
Nataliya Sinişin (58 kq) – qadın güləşi
2017. Novi Sad
Mariya Stadnik (48 kq) – qadın güləşi
Georgi Edişeraşvili (57 kq) – sərbəst güləş
2018. Kaspiysk
Mariya Stadnik (50 kq) – qadın güləşi
Eldəniz Əzizli (55 kq) – yunan-Roma güləşi
Georgi Edişeraşvili (57 kq) – sərbəst güləş
Hacı Əliyev (65 kq) – sərbəst güləş
2019. Buxarest
Hacı Əliyev (65 kq) – sərbəst güləş
Cəbrayıl Həsənov (79 kq) – sərbəst güləş
Şərif Şərifov (92 kq) – sərbəst güləş
Elis Manolova (65 kq) – qadın güləşi
2020. Roma
Sənan Süleymanov (77 kq) – yunan-Roma güləşi
Rafiq Hüseynov (82 kq) – yunan-Roma güləşi
2021. Varşava
Mariya Stadnik (50 kq) – qadın güləşi
2022. Budapeşt
Eldəniz Əzizli (55 kq) – yunan-Roma güləşi
Rafiq Hüseynov (82 kq) – yunan-Roma güləşi
Maqomedxan Maqomedov (97 kq) – sərbəst güləş
2023. Zaqreb
Əliabbas Rzazadə (57 kq) – sərbəst güləş
Hacı Əliyev (70 kq) – sərbəst güləş
Həsrət Cəfərov (67 kq) – yunan-Roma güləşi
Ülvi Qənizadə (72 kq) – yunan-Roma güləşi
Siyahıdan göründüyü kimi, Azərbaycan pəhləvanları Yay Olimpiya Oyunlarında 4, dünya çempionatlarında 25, Avropa çempionatlarında 62 qızıl medal qazanıblar. Yola saldığımız 2023-cü ilin nəticələri də ürəkaçandır. Son qitə və dünya çempionatında qeydə alınan nəticələr gələcəyə ümidlə baxmağa əsas verir. Ən köklü, eyni zamanda milli idman növümüz olan güləş həqiqətən etibarlı əllərdədir. Bunu yeniyetmə və gənclər arasında təşkil olunan nüfuzlu yarışlarda qazanılan uğurlar da sübut edir. Bir sözlə, Azərbaycan güləşinin ağır artilleriyasının - xalça üzərində tarix yazanların sıralarının illər ötdükcə daha da genişlənəcəyinə şübhə etməyə dəyməz.