Yuxarı
    Bağlamaq

    Azərbaycan güləşçisi Rusiyada keçirilən turnirdə 200 qramlıq qızıl medalla mükafatlandırılıb

    O, ən yaxşı əcnəbi idmançı sayılıb

    Bakı. 27 sentyabr. REPORT.AZ/ Azərbaycan güləşçisi Aleksandr Qostiyev Rusiyanın Kemerovo vilayətində keçirilmiş beynəlxalq turnirinin ən yaxşı əcnəbi idmançısı sayılıb. "Report"un məlumatına görə, 29 yaşlı pəhləvan 24 ölkədən 188 idmançının qatıldığı yarışda 86 kq çəki dərəcəsində qızıl medal qazanıb.

    Ona 100 min rubl (2550 manat) pul, habelə, xüsusi mükafat olaraq, 700 min rubl (təqribən 18 min manat) dəyərində 585 əyarlı 200 qramlıq qızıl medal təqdim olunub.

    Qeyd edək ki, turnirin açılışına Kemerovo qubernatoru Aman Tuleyev, üçqat olimpiya çempionu Aleksandr Karelin, ikiqat olimpiya çempionları Sergey Beloqlazov və Roman Vlasov, son olimpiya çempionu Soslan Ramonov Rusiya İdman Güləşi Federasiyasının prezidenti Mixail Mamiaşvili və Rusiya millisinin baş məşqçisi Cambolat Tedeyev qatılıb. Mükafat fondu 5 milyon rubl təşkil edib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi