Yuxarı
    Bağlamaq

    Azərbaycan güləşçisi reytinq siyahısına başçılıq edir

    Azərbaycanın sərbəst güləşçilərindən 11 nəfəri DGB-nin reytinq siyahısında yer alıb

    Bakı. 2 mart. REPORT.AZ/ Dünya Güləş Birliyi (DGB) 2016-cı ilin fevral ayında keçirilən yarışların nəticəsinə əsasən, Avropa çempionatı öncəsi sərbəst güləş üzrə yeni reytinq siyahısını açıqlayıb. "Report"un məlumatına görə, Azərbaycanın sərbəst güləşçilərindən 11 nəfəri DGB-nin reytinq siyahısında yer alıb.

    Ən yaxşı göstərici ötən ilki Dünya çempionatında ikinci çempionluğunu qazanan Hacı Əliyevdədir. O, öz çəkisində reytinq siyahısına başçılıq edir.

    Ötən ay heç bir yarışda iştirak etməyən Toğrul Əsgərov, Cəbrayıl Həsənov, Xetaq Qazyumov və Cəmaləddin Məhəmmədov reytinqdə bir pillə geriləyib. 97 kq çəkinin reytinq siyahısında ilk onluğa daxil olan daha bir güləşçi isə Şərif Şərifov olub.

    Ötən ay İstanbulda keçirilmiş Yaşar Doğunun xatirəsinə həsr olunan beynəlxalq turnirdə çempion olan Aleksandr Qostiyev 4 pillə, Minskdə keçirilmiş Aleksandr Medvedin mükafatı uğrunda beynəlxalq turnirdə çempion olan Nurməhəmməd Hacıyev isə 6 pillə irəliləyib. Güləşçilər müvafiq olaraq 86 kq çəki dərəcəsinin reytinq siyahısında 10 və 12-ci yerləri bölüşüb. Bu çəkidə siyahıda Azərbaycanın daha 2 güləşçisinin adı var. Məhəmmədhacı Xatiyev 13-cü, Həmzət Osmanov 16-cı sırada qərarlaşıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi