Azərbaycan güləşçisi nüfuzlu turnirdə finala yüksəlib

Azərbaycan güləşçisi nüfuzlu turnirdə finala yüksəlib Rusiyanın Krasnoyarsk şəhərində 2 qat olimpiya çempionu İvan Yarıginin xatirə turnirinə start verilib.
Fərdi
27 Yanvar , 2022 15:04
Azərbaycan güləşçisi nüfuzlu turnirdə finala yüksəlib

Rusiyanın Krasnoyarsk şəhərində güləş üzrə ikiqat olimpiya çempionu İvan Yarıginin xatirə turniri start götürüb.

Azərbaycan Güləş Federasiyasından "Report"a verilən məlumata görə, birinci yarış günündə qadınlardan ibarət milli komandanın 2 üzvü xalça üzərinə çıxıb.

50 kq-da mübarizə aparan Şəhanə Nəzərova ilk görüşdə rusiyalı Darima Sanjeyevaya mainimal fərqlə uduzub - 2:3.

59 kq çəki dərəcəsində yer alan Alyona Kolesnik startda rusiyalı Yuliya Artışkoya "tuşe" ilə qalib gəlib. Təcrübəli idmançı 1/4 finalda Monqolustan təmsilçisi Şovdur Baatarjavı sonuncu xal prinsipinə əsasən (6:6) üstələyərək yarımfinala yüksəlib.

Kolesnik bu raundda da Rusiya güləşçisi ilə qarşılaşıb. Yuliya Alborova üzərində tam üstünlüklə qələbə (14:1) qazanan Azərbaycan təmsilçisi adını finala yazdırıb.

Qeyd edək ki, Alyona Kolesnik yanvarın 28-də keçiriiləcək həlledici görüşdə rusiyalı Jarqalma Tsırenova ilə qarşılaşacaq.

Son xəbərlər

Orphus sistemi