Yuxarı

Azərbaycan güləşçisi Hərbçilərin Dünya İdman Oyunlarında növbəti medalı təmin edib

Rafiq Hüseynov Bakı 2015in finalında uduzduğu rusiyalı rəqibi ilə yenidən qarşılaşacaq

Bakı. 9 oktyabr. REPORT.AZ/ Cənubi Koreyanın Munqyeonq şəhərində keçirilən Hərbçilərin VI Dünya İdman Oyunlarında Azərbaycan yunan-Roma güləşçisi Rafiq Hüseynov finala yüksəlib. "Report"un məlumatına görə, 80 kq çəki dərəcəsində yer alan 27 yaşlı pəhləvan həlledici görüşədək ardıcıl olaraq, estoniyalı Hardo Tuts (8:2), litvalı Julius Mateuzeviçus (4:0) və ermənistanlı Sargis Koçaryanı (4:1) yenib. 

Finalda onun rəqibi Rusiya təmsilçisi Yevgeni Saleyev olacaq. Görüşün nəticəsindən asılı olmayaraq, Hüseynov ən azı gümüş medalı özünə təmin edib. Qələbə təqdirində o, Azərbaycanın aktivinə ilk qızıl həm də "Bakı 2015" I Avropa Oyunlarının finalında uduzduğu rəqibindən intiqam alacaq. 

Qeyd edək ki, hazırda Azərbaycan yığmasının hesabında 8 medal var. Bunlardan 2-si gümüş, qalanları bürünc əyarlıdır.  Sonuncu medalı Avropa və dünya çempionu, eləcə də "Bakı 2015"in qalibi Radik İsayev qazanıb. 87 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən İsayev bürünc medalla kifayətlənib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi