Azərbaycan güləşçisi: "Ermənilərə sübut etdik ki, hər yerdə onlardan güclüyük"

Azərbaycan güləşçisi: "Ermənilərə sübut etdik ki, hər yerdə onlardan güclüyük" "Ermənilərə sübut etdik ki, tək səngərdə yox, idman sahəsində də hər zaman onlardan güclüyük".
Fərdi
15 Mart , 2022 09:48
Azərbaycan güləşçisi: Ermənilərə sübut etdik ki,  hər yerdə onlardan güclüyük

"Ermənilərə sübut etdik ki, tək səngərdə yox, idman sahəsində də hər zaman onlardan güclüyük".

"Report"un məlumatına görə, bunu Bolqarıstanın Plovdiv şəhərindəki U-23 Avropa çempionatında qızıl medal qazanmış Azərbaycan sərbəst güləşçisi Zirəddin Bayramov deyib.

65 kq çəki dərəcəsində çıxış edən idmançı finalda Ermənistan təmsilçisi Qraçya Marqaryana qalib gəldiyini və bunun üçün sevindiyini xatırladıb: "İlk dəfə Avropa çempionatında qızıl medal qazandım. Təəssüratlarım çox yaxşıdır. Bu qələbəni şəhidlərimizə və yaralanan qazilərimizə həsr edirəm. Onların qarşısında baş əyirəm. Sözümüzü hər zaman hər yerdə deməyə hazırıq".

Bayramov qarşıdakı yarışlarda hədəflərinin çox olduğunu bildirib: "Hədəfə doğru addım-addım yaxınlaşmaq istəyirik. Başda federasiya rəhbərliyi, vitse-prezident Namiq Əliyevə, bütün məşqçilər korpusuna və şəxsi məşqçim Elçin Həsənova təşəkkürümü bildirirəm".

Son xəbərlər

Orphus sistemi