Yuxarı

​Azərbaycan güləşçisi dünya reytinq siyahısında liderliyini qoruyub

Rövşən Bayramov ikincidir

Bakı. 4 mart. REPORT.AZ/ Dünya Güləş Birliyi 2016-cı ilin fevralında keçirilmiş yarışların nəticəsinə əsasən, Avropa çempionatı öncəsi yunan-Roma güləşi üzrə yeni reytinq siyahısını açıqlayıb. "Report"un məlumatına görə, siyahıda Azərbaycanın 9 güləşçisi yer alıb.

"Bakı 2015" I Avropa Oyunları və ABŞ-ın Las Veqas şəhərində keçirilmiş dünya çempionatının qalibi Rəsul Çunayev (71 kq) reytinqdə ilk sırada, son dünya çempionatının gümüş medalçısı Rövşən Bayramov (59 kq) isə 2-ci sırada qərarlaşıb. Sıralamada mövqeyi dəyişməyən həm də Elvin Mürsəliyev (75 kq) və Sabah Şəriəti (130 kq) olub. Mürsəliyev 6-cı, Sabah Şəriəti 4-cü sırada qərarlaşıb.

Digər güləşçilərdən Həsən Əliyev (66 kq) 9-cu, Rafiq Hüseynov (80 kq) və Saman Təhmasibi (85 kq) 5-ci, İslam Abbasov (85 kq) 13-cü, Şalva Qadabadze (98 kq) isə 19-cudur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi