Azərbaycan güləşçisi dünya çempionatının final mərhələsinə yüksəlib

Azərbaycan güləşçisi dünya çempionatının final mərhələsinə yüksəlib Bayramov artıq Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
Fərdi
9 Sentyabr , 2015 03:31
Azərbaycan güləşçisi dünya çempionatının final mərhələsinə yüksəlib

Bakı. 9 sentyabr. REPORT.AZ/ ABŞ-ın Las Veqas şəhərində keçirilən dünya çempionatının ikinci yarış günündə Azərbaycanın yunan-Roma güləşçisi Rövşən Bayramov yarımfinaldakı görüşünü də təmiz qələbə ilə udub.

"Report"un məlumatına görə, Qırğızıstan təmsilçisi Arsen Yeraliyev üzərində 0:4 hesablı qələbə qazanan Bayramov 59 kq çəki dərəcəsində finala yüksəlib.

Qeyd edək ki, Rövşən Bayramov artıq Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. 

Son xəbərlər

Orphus sistemi