Cəbrayıl Həsənov bürünc medal uğrunda yarışacaq - YENİLƏNİB-2

Cəbrayıl Həsənov bürünc medal uğrunda yarışacaq - YENİLƏNİB-2 Azərbaycan güləşçisi rusiyalı Ənvər Geduyevə məğlub olub
Fərdi
19 Avqust , 2016 19:42
Cəbrayıl Həsənov bürünc medal uğrunda yarışacaq - YENİLƏNİB-2

Bakı. 19 avqust. REPORT.AZ/ Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən sərbəst güləşçi Cəbrayıl Həsənov 74 kq çəki dərəcəsində yarımfinal görüşünə çıxıb. 

"Report"un məlumatına görə, rəqib rusiyalı Ənvər Geduyev olub.

İlk hissədə Həsənov yüksək səviyyədə çıxış edərək, 4:0 hesablı üstünlük əldə edib. İkinci hissədə Geduyevin tətbiq etdiyi fəndi hakimlər 4 balla qiymətləndiriblər. Buna etiraz edən Azərbaycan tərəfinin iddiası qəbul olunmayıb və nəticədə təmsilçimiz 4:5 hesabı ilə geri düşüb. Qalan müddətdə rusiyalı güləşçinin qaşından qan açılması ilə əlaqədar görüşdə iki dəfə fasilə yaranıb. Amma Həsənov fərqi aradan qaldıra və finala yüksələ bilməyib.

*** 18:41

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən sərbəst güləşçi Cəbrayıl Həsənov 1/4 final görüşünü keçirib. 

"Report"un məlumatına görə, 74 kq çəki dərəcəsində çıxış edən ikiqat Avropa çempionunun rəqibi Yakob Makaraşvili (Gürcüstan) olub.

Görüş başlayan kimi Həsənov rəqibindən ardıcıl xallar alaraq, 1 dəqiqə 45 saniyəyə təmiz qələbə qazanıb - 10:0. 

Onun yarımfinalda rəqibi Ənvər Geduyev (Rusiya) olacaq.

*** 17:54

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən sərbəst güləşçi Cəbrayıl Həsənov ilk görüşünü keçirib. 

"Report"un məlumatına görə, 74 kq çəki dərəcəsində çıxış edən ikiqat Avropa çempionunun 1/8 finaldakı rəqibi kolumbiyalı Karlos Arturo İzkueyrdo Mendes olub.

O, cəmi 2 dəqiqə 40 saniyə davam edən görüşdə vaxtından əvvəl qələbə qazanıb - 10:0. 

1/4 finalda Azərbaycan güləşçisinin rəqibi gürcüstanlı Yakob Makaraşvili olacaq.

Son xəbərlər

Orphus sistemi