Daha bir güləşçimiz Polşada medal qazandı - YENİLƏNİB

Daha bir güləşçimiz Polşada medal qazandı - YENİLƏNİB Azərbaycanın sərbəst güləşçisi Hacımurad Hacıyev Polşanın paxtaxtı Varşavadakı "Poland Open" turnirində mübarizəyə başlayıb.
Fərdi
9 İyun , 2021 20:46
Daha bir güləşçimiz Polşada medal qazandı - YENİLƏNİB
Hacımurad Hacıyev

Azərbaycanın sərbəst güləşçisi Hacımurad Hacıyev Polşanın paxtaxtı Varşavadakı "Poland Open" turnirində bürünc medal görüşünə çıxıb.

"Report"un məlumatına görə, 74 kq-da mübarizə aparan idmançı yerli güləşçi Kamil Ribiçki ilə qarşılaşıb.

Rəqibinə 9:1 hesabı ilə qalib gələn Hacıyev fəxri kürsünün 3-cü pilləsinə qalxıb.

15:04

Azərbaycan sərbəst güləşçisi Hacımurad Hacıyev Polşanın paxtaxtı Varşavadakı "Poland Open" turnirində mübarizəyə başlayıb.

"Report"un məlumatına görə, 74 kq çəki dərəcəsində çıxış edən idmançı 1/4 final mərhələsində İran təmsilçisi Yunis İmamişoqayini məğlubiyyətə uğradıb.

Hacıyev yarımfinalda eyni ölkənin digər güləşçisi Mustafa Hüseynxaniyə uduzub. O, axşam seansında bürünc medal uğrunda görüşə çıxacaq.

Qeyd edək ki, yarışın ilk günündə Hacı Əliyev (70 kq) bürünc medal qazanıb.

Son xəbərlər

Orphus sistemi