Yuxarı
    Bağlamaq

    Azərbaycan güləşçilərinin gecikmiş maaşları ödənilib

    Güləşçilərlə yanaşı, milli komandalarda fəaliyyət göstərən digər şəxslərin də pulları verilib

    Bakı. 10 avqust. REPORT.AZ/ Güləş üzrə Azərbaycan yığma komandalarının üzvlərinin maaşları ödənilib.

    Bu barədə “Report”a Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, güləşçilərlə yanaşı, milli komandalarda fəaliyyət göstərən digər şəxslərin də pulları verilib.

    Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan güləşçiləri 14 ay əmək haqqlarının verilməməsi ilə əlaqədar etiraz aksiyası keçiriblər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi