Yuxarı

​Azərbaycan güləşçiləri "Qitələrarası Kubok"da 3 medal qazanıb

Dağıstanda 1 gümüş, 2 bürünc medal əldə olunub

Bakı. 19 oktyabr. REPORT.AZ/ Azərbaycan sərbəst güləşçiləri Dağıstanın Xasavyurt şəhərində keçirilən sayca 7-ci "Qitələrarası Kubok" beynəlxalq turnirində 1 gümüş, 2 bürünc medal qazanıb. Azərbaycan Güləş Federasiyasından "Report"a verilən məlumata görə, məşqçi David Kurtsiyanın rəhbərliyi altında Xasavyurtda mübarizə aparan güləşçilərdən Roman Bəkirov (97 kq) finalda Rusiya güləşçisi Axmed Batayevə uduzub.

Eyni çəkidə Aslanbek Alborov və Hacımurad Məhəmmədsəidov (86 kq) bürünc medalla kifayətləniblər. 

Görüşlərin idarə edilməsində Azərbaycanı beynəlxalq dərəcəli hakim Kamran Əliyev təmsil edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi