Azərbaycan güləşçiləri Türkiyədə beynəlxalq turnirdə iştirak edəcəklər

Azərbaycan güləşçiləri Türkiyədə beynəlxalq turnirdə iştirak edəcəklər Yığma üzvləri İstanbulda təlim-məşq toplanışındadır
Fərdi
22 Fevral , 2017 10:12
Azərbaycan güləşçiləri Türkiyədə beynəlxalq turnirdə iştirak edəcəklər

Bakı. 22 fevral. REPORT.AZ/ Yunan-Roma güləşi üzrə Azərbaycan milli komandası Türkiyənin İstanbul şəhərində Vehbi Emre və Hamit Kaplanın xatirəsinə həsr olunan beynəlxalq turnirdə iştirak edəcəklər.

"Report"un Azərbaycan Güləş Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, yarış 4-5 mart tarixlərində Bağcılar İdman Kompleksində təşkil olunacaq.

Hazırda yığmanın 20 üzvü İstanbulda baş məşqçisi Akif Əliyev, məşqçilər Nurəddin Rəcəbov və Şaban Donatın rəhbərliyi altında hazırlıq keçir. Təlim-məşq toplanışına Azərbaycan və Türkiyə ilə yanaşı, Qırğızıstan, Bolqarıstan, Gürcüstan və İsveç yığma komandaları da qatılıb. 

Qeyd edək ki, fevralın 11-də start götürən toplanışı martın 3-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi