Azərbaycan güləşçiləri Tokioda məşqlərə başlayıb

Azərbaycan güləşçiləri Tokioda məşqlərə başlayıb Azərbaycanın sərbəst, yunan-Roma və qadın güləşi üzrə milli komandası Yaponiyanın paytaxtı Tokioda məşqlərə başlayıb.
Fərdi
1843
30 İyul , 2021 21:50
Azərbaycan güləşçiləri Tokioda məşqlərə başlayıb

Azərbaycanın sərbəst, yunan-Roma və qadın güləşi üzrə milli komandası Yaponiyanın paytaxtı Tokioda məşqlərə başlayıb.

"Report"un federasiyanın rəsmi saytına istinadən məlumatına görə, hazırlıq prosesi Atletlər Kəndində güləş üçün ayrılmış zalda keçirilir. Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizə aparacaq ümumilikdə 7 pəhləvan məşqçilərin rəhbərliyi çalışır.

Qeyd edək ki, Azərbaycan güləşçiləri olimpiadada mübarizəyə avqustun 2-də başlayacaqlar. Həmin gün Rafiq Hüseynov (77 kq) və Elis Manalova (68 kq) xalça üzərinə çıxacaq. Ertəsi gün İslam Abbasov (87 kq), avqustun 5-də Turan Bayramov (74 kq), avqustun 6-da Hacı Əliyev (65 kq), Şərif Şərifov (97 kq) və Mariya Stadnik (50 kq) mübarizəyə qoşulacaq.

Son xəbərlər

Orphus sistemi