Azərbaycan güləşçiləri Rusiyada 2 qızıl, 1 gümüş medal qazanıblar

Azərbaycan güləşçiləri Rusiyada 2 qızıl, 1 gümüş medal qazanıblar Bakı. 14 may. REPORT.AZ/ Azərbaycanın sərbəst güləşçiləri Rusiyanın Kaspiysk şəhərində beşqat dünya çempionu Əli Əliyevin xatirəsinə həsr olunmuş ənənəvi beynəlxalq turnirdə üç medal qazanıblar.
Fərdi
14 May , 2018 10:44
Azərbaycan güləşçiləri Rusiyada 2 qızıl, 1 gümüş medal qazanıblar

Bakı. 14 may. REPORT.AZ/ Azərbaycanın sərbəst güləşçiləri Rusiyanın Kaspiysk şəhərində beşqat dünya çempionu Əli Əliyevin xatirəsinə həsr olunmuş ənənəvi beynəlxalq turnirdə üç medal qazanıblar.

“Report” xəbər verir ki, Hacımurad Hacıyev (70 kq), İbrahim Yusubov (79 kq) və Aslanbek Alborov (92 kq) finala qədər bütün rəqiblərindən üstün olub. Həlledici görüşdə Hacıyev yerli idmançı Abdulhacı Maqomedovu üstələyib və qızıl medal qazanıb.

Digər qızıl medalı yığmaya finalda Özbəkistan idmançısı Rəşid Qurbanovu məğlub edən Yusubov qazandırıb. Alborov isə gümüş medalla kifayətlənib.

Görüşlərin idarə edilməsində Azərbaycanı beynəlxalq dərəcəli hakimlər Vaqif Zeynallı, Kamran Əliyev, Zaur Şərifov və Babək Allahverdiyev təmsil edib.

Son xəbərlər

Orphus sistemi