Azərbaycan güləşçiləri olimpiya mükafatçısının turnirində 3 medal qazanıb

Azərbaycan güləşçiləri olimpiya mükafatçısının turnirində 3 medal qazanıb Cəbrayıl Həsənov bütün rəqiblərindən üstün olub
Fərdi
24 Oktyabr , 2016 10:15
Azərbaycan güləşçiləri olimpiya mükafatçısının turnirində 3 medal qazanıb

Bakı. 24 oktyabr. REPORT.AZ/ Rusiyanın Dağıstan Respublikasında 2008-ci il Pekin Yay Olimpiya Oyunlarının mükafatçısı Yusup Abdusalamovun mükafatı uğrunda sərbəst güləş üzrə sayca 7-ci açıq Respublika turniri keçirilib. "Report"un məlumatına görə, turnirdə iştirak edən sərbəst güləş yığmamızın üzvləri 1 qızıl və 2 bürünc medala sahib olub. 

74 kq çəki dərəcəsində mübarizə aparan "Rio-2016"nın bürünc medalçısı, ikiqat Avropa çempionu Cəbrayıl Həsənov bütün rəqiblərindən üstün olub və turnirin baş mükafatına layiq görülüb. Həlledici görüşdə o, yerli idmançı Hacı Nəbiyevi üstələyib.

Bürünc medalları Məhəmmədhacı Xatiyev (86 kq) və Roman Bəkirov (97 kq) qazanıb. Mahir Əmiraslanov (57 kq) isə beşinci olub. 

Son xəbərlər

Orphus sistemi