Azərbaycan güləşçiləri İranda 1 qızıl, 1 bürünc medal qazanıblar

Azərbaycan güləşçiləri İranda 1 qızıl, 1 bürünc medal qazanıblar Orxan Nuriyev fəxri kürsünün ən yüksək pilləsinə qalxıb
Fərdi
26 Yanvar , 2018 17:44
Azərbaycan güləşçiləri İranda 1 qızıl, 1 bürünc medal qazanıblar

Bakı. 26 yanvar. REPORT.AZ/ İranın Mehşəhr şəhərində yunan-Roma güləşi üzrə böyüklər arasında ənənəvi “Təxti Kuboku” beynəlxalq turniri başa çatıb. 

"Report"un məlumatına görə, yarışda iştirak edən Azərbaycan milli komandası 1 qızıl və 1 bürünc medal qazanıb. Bütün rəqiblərini üstələyən Orxan Nuriyev (97 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Həlledici görüşdə o, Türkiyə təmsilçisi, 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının bürünc medalçısı Cenk İldemi yenib. 

Bürünc medalı isə Türmən Eyyubov (97 kq) əldə edib. Həlledici görüşdə Eyyubov İran təmsilçisi Mohammed Yeganehi üstələyib. Ziyad Zeynalov, İbrahim Nurullayev (hər ikisi 55 kq) və Sakit Quliyev (60 kq) turniri beşinci sırada tamamlayıb. Görüşlərin idarə edilməsində Azərbaycanı beynəlxalq dərəcəli hakim Xəzər Allahverdiyev təmsil edib. 

Qeyd edək ki, 2018-ci ilin təqvim planında nəzərdə tutulan Avropa və dünya çempionatları ilə yanaşı, hər bir güləş növündə seçilmiş 4 turnirin nəticəsinə əsasən, reytinq xalları hesablanacaq. Reytinq yarışlarında iştirakçıların sayı və güləşçilərin qazandığı nəticələr üzrə xallar toplanaraq sıralamanı müəyyənləşdirəcək. İlin ilk reytinq siyahısı martda açıqlanacaq.

Son xəbərlər

Orphus sistemi