Azərbaycan güləşçiləri Fərdi Dünya Kubokunda mübarizəyə başlayır

Azərbaycan güləşçiləri Fərdi Dünya Kubokunda mübarizəyə başlayır Bu gün yunan-Roma güləşi üzrə Azərbaycan millisi Serbiyanın paytaxtı Belqradda keçirilən Fərdi Dünya Kubokuna mübarizəyə başlayır.
Fərdi
12 Dekabr , 2020 09:29
Azərbaycan güləşçiləri Fərdi Dünya Kubokunda mübarizəyə başlayır

Bu gün yunan-Roma güləşi üzrə Azərbaycan millisi Serbiyanın paytaxtı Belqradda keçirilən Fərdi Dünya Kubokuna mübarizəyə başlayır.

"Report"un məlumatına görə, ölkə güləşin bu növündə 8 idmançı ilə təmsil olunur.

Bunlar Eldəniz Əzizli (55 kq), Nihat Məmmədli 60 (kq), Taleh Məmmədov (63 kq), İslambek Dadov (67 kq), Ülvü Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq), İslam Abbasov (87 kq) və Beka Kandelakidir (130 kq).

İlk yarış günündə 55, 67, 72, 77 və 87 kq-dakı idmançılar tatami üzərinə çıxacaq.

55 kq
1/8 final: Eldəniz Əzizli – Sebastyan Kolompar (Serbiya)

67 kq
Təsnifat: İslambek Dadov – Ruben Marvike (İtaliya)

72 kq
1/8 final: Ülvü Qənizadə - İbrahim Qanem (Fransa)

77 kq
Təsnifat: Sənan Süleymanov – Paskal Eysele (Almaniya)

87 kq
1/8 final: İslam Abbasov – Bəşir Sid Azara (Əlcəzair)

Qeyd edək ki, Fərdi Dünya Kubokunda I-S kateqoriyalı hakim Asif Şirəliyev ədaləti qoruyacaq. Yarışa dekabrın 18-də yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi