Yuxarı
    Bağlamaq

    Azərbaycan güləşçiləri Dağıstanda 3 medal qazanıb

    Finalda iki azərbaycanlı güləşçi mübarizə aparıb

    Bakı. 4 iyul. REPORT.AZ/ Dağıstanın paytaxtı Mahaçqalada beşqat dünya çempionu Əli Əliyevin xatirəsinə həsr olunan sərbəst güləş üzrə ənənəvi beynəlxalq turnir başa çatıb.

    "Report"un məlumatına görə, turnirdə iştirak edən Azərbaycan yığma komandasının üzvləri 1 qızıl, 1 gümüş və 1 bürünc medala sahib olub.

    65 kq çəki dərəcəsinin final görüşündə Azərbaycan yığma komandasının iki üzvü - Məhəmməd Müslümov və Teymur Məmmədov qarşılaşıb. Məhəmməd Müslümov qızıl, Teymur Məmmədov gümüş medala yiyələnib.

    Bürünc medalı isə yığmaya 125 kq çəkidə yarışan Əli İsayev qazandırıb.

    Qalib Əliyev (61 kq), Məhəmmədhacı Xatiyev (86 kq) və Umar İsrailov (125 kq) isə bürünc medal görüşündə məğlub olaraq turniri 5-ci sırada tamamlayıb.

    Görüşlərin idarə edilməsində Azərbaycanı beynəlxalq dərəcəli hakimlər Elman İsmayılov, Zaur Şərifov, Vaqif Zeynallı və Babək Allahverdiyev təmsil edib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi