Azərbaycan güləşçiləri Türkiyədəki "Çempionlar" turnirinə 11 medalla start verib

Azərbaycan güləşçiləri Türkiyədəki "Çempionlar" turnirinə 11 medalla start verib Türkiyənin Antalya şəhərində gənc güləşçilər arasında “Çempionlar” turniri start götürüb.
Fərdi
152
15 May , 2022 00:46
Azərbaycan güləşçiləri Türkiyədəki Çempionlar turnirinə 11 medalla start verib

Türkiyənin Antalya şəhərində gənc güləşçilər arasında “Çempionlar” turniri start götürüb.

Bu barədə “Report” Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir. Məlumata görə, ilk 2 yarış günündən sonra Azərbaycan təmsilçiləri 11 medal qazanıb.

Yunan-Roma güləşində Fərid Sadıxlı (55 kq), Ziya Babaşov (63 kq) və Qurban Qurbanov (72 kq) qızıl, Urfan Həsənli (72 kq) və Rauf Əliyev (82 kq) gümüş, Ruslan Nurullayev (72 kq) isə bürünc medal əldə edib.

Sərbəst güləşdə Əbülfəz Nəsirovla (65 kq) Fərid Cabbarov (86 kq) üçüncü yeri tutub.

Qadın güləşində isə Elnurə Məmmədova (55 kq) və Mərziyə Sadıqova (72 kq) çempion olub. Əsmər Canqurtaran (50 kq) isə ikinci yeri tutub.

Qeyd edək ki, turnirə bu gün yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi