Bakı. 16 mart. REPORT.AZ/ İran İslam Respublikasının Abadan şəhərində yunan-Roma güləşi üzrə böyüklər arasında Dünya Kuboku yarışları start götürüb.
"Report" Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, yığma komandamız Türkiyə, Belarus və Ukrayna idmançıları ilə B yarımqrupunda mübarizə aparır.
Qrupda keçirilən ilk iki görüşdə güləşçilərimiz Türkiyə və Belarus yığmaları üzərində 5:3 hesablı qələbə qazanıb.
AZƏRBAYCAN - Türkiyə 5:3 59 kq - Rövşən Bayramov - Hammet Rustem 3:6 tuşe 66 kq - Kamran Məmmədov - Atakan Yüksel 2:6 71 kq - Həsən Əliyev - İ. Sönmez 1*:1 75 kq - Elvin Mürsəliyev - Emrah Kuş 3:1 80 kq - Rafiq Hüseynov - Aslan Atem 2:4 85 kq - İslam Abbasov - Metehan Başar 7:0 98 kq - Orxan Nuriyev - Cenk İldem 3:1 130 kq - Sabah Şəriəti - Ali Nail Arslan 2:0 |
AZƏRBAYCAN - Belarus 5:3 59 kq - Taleh Məmmədov - Maksim Kajarski 1:2 66 kq - Nofəl Babayev - Yaraslav Kardaş 8:0 71 kq - Həsən Əliyev - Pavel Liax 9:0 75 kq - Elvin Mürsəliyev - Yahor Kasiankou 10:2 80 kq - Rafiq Hüseynov - Radzik Kuliyeu 2:0 85 kq - İslam Abbasov - Mikalai Stadub 3:0 98 kq - Orxan Nuriyev - Yahor Yaskavets 7:8 130 kq - Sabah Şəriəti - Heorhi Çuhaşvili 0:5 |
AZƏRBAYCAN - Ukrayna (17 mart, saat 9:30) |