​Azərbaycan güləşçiləri Almaniyada yarışacaq

​Azərbaycan güləşçiləri Almaniyada yarışacaq Qran Pri iki gün davam edəcək
Fərdi
29 İyun , 2016 12:52
​Azərbaycan güləşçiləri Almaniyada yarışacaq

Bakı. 29 iyun. REPORT.AZ/ İyulun 2-də Almaniyanın Dortmund şəhərində sərbəst və yunan-Roma güləşi üzrə Qran Priyə start veriləcək. "Report"un məlumatına görə, 2 gün davam edəcək turnirə Azərbaycanın güləş üzrə böyüklərdən ibarət yığma komandanın üzvləri qatılacaq.

Baş məşqçi Saypulla Absaidov və böyük məşqçi Firdovsi Umudovun rəhbərliyi altında 8 sərbəst güləşçi Almaniyaya yollanacaq. Heyətdə Mircəlal Həsənzadə (57 kq), Hacı Əliyev (61 kq), Toğrul Əsgərov (65 kq), Qitinamaqomed Hacıyev (70 kq), Şərif Şərifov, Nurməhəmməd Hacıyev (hər ikisi 86 kq), Xetaq Qazyumov (97 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) yer alıb.

Yarışın proqramına əsasən, iyulun 2-də 65 kq, 74 kq, 86 kq və 97 kq, iyulun 3-də isə 57 kq, 61 kq, 70 kq və 125 kq çəkidə güləşçilər yarışacaq.

Yunan-Roma güləşi yarışlarında isə yalnız yığma komandanın üzvü Rafiq Hüseynov (75 kq) iştirak edəcək. O, iyulun 2-də mübarizə aparacaq.

Görüşlərin idarə edilməsində Azərbaycanı beynəlxalq dərəcəli hakim Əbdül Nuriyev təmsil edəcək. 

Son xəbərlər

Orphus sistemi