Yuxarı
    Bağlamaq

    Azərbaycan güləş yığması Dünya Kubokunda mübarizəyə başlayıb

    Rusiya ilə ilk görüşdə qalib müəyyənləşməyib

    Bakı. 16 fevral. REPORT.AZ/ İranın Kirmanşah şəhərində sərbəst güləş üzrə böyüklər arasında Dünya Kubokuna start verilib.

    "Report"un məlumatına görə, A qrupunda yer alan Azərbaycan milli komandası ilk görüşünü Rusiya yığmasına qarşı keçirib. Görüş 4:4 hesablı heç-heçə ilə yekunlaşıb. Lakin xalların keyfiyyətinə görə 32:29 hesabı ilə öndə olan Firdovsi Umudovun baş məşqçi olduğu komanda görüşü qalib başa vurub. 

    Azərbaycan güləşçilərindən Əli Rəhimzadə, Hacı Əliyev, Cəbrayıl Həsənov və Camaləddin Məhəmmədov görüşlərini qələbə ilə başa vurub.  

    Azərbaycan - Rusiya - 4:4

    57 kq. Artyom Gebekov (Rusiya) - Georgi Edişeraşvili (Azərbaycan) - 5:2

    61 kq. Əli Rəhimzadə (Azərbaycan)* - Camal Otarsultanov (Rusiya) - 6:6

    65 kq. Hacı Əliyev (Azərbaycan) - Alan Qoqayev (Rusiya) - 2:1

    70 kq. Maqomedhabib Kadimaqomedov (Rusiya) - David Suynuçxanov (Azərbaycan) - 10:6

    74 kq. Cəbrayıl Həsənov (Azərbaycan) - Radik Valiyev (Rusiya) - 6:2

    86 kq. Vladislav Valiyev (Rusiya) - Şərif Şərifov (Azərbaycan) - 2:1

    97 kq. Rəsul Maqomedov (Rusiya) - Nurmaqomed Hacıyev (Azərbaycan) - 2:1

    125 kq. Cəmaləddin Məhəmmədov (Azərbaycan) - Vladislav Baytsayev (Rusiya) - 1:8

    İlk turda qrupun digər görüşü Gürcüstan və ABŞ milliləri arasında keçiriləcək.

    B qrupunda isə İran, Türkiyə, Hindistan və Monqolustan komandaları yer alıb.

    Yarışın proqramına əsasən, bu gün qrup, 17 fevralda isə final mərhələsinin görüşləri olacaq.

    Qeyd edək ki, Azərbaycan sərbəst güləşçiləri indiyədək iki dəfə - 2004 və 2009-cu illərdə Dünya Kubokunun sahibi olub. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi