Azərbaycan Güləş Federasiyasında daha bir təyinat olub

Azərbaycan Güləş Federasiyasında daha bir təyinat olub Orxan Məmmədov Azərbaycan Güləş Federasiyasının baş katibi təyin olunub.
Fərdi
25 Yanvar , 2018 18:23
Azərbaycan Güləş Federasiyasında daha bir təyinat olub

Bakı. 25 yanvar. REPORT.AZ/ Azərbaycan Güləş Federasiyasının Prezidenti Fazil Məmmədovun əmri ilə Federasiyanın baş katibi Rəşad Əli-Zadə vəzifəsindən azad edilib. 

"Report"un məlumatına görə, federasiya prezidentinin əmrinə əsasən, Orxan Rasim oğlu Məmmədov Azərbaycan Güləş Federasiyasının baş katibi təyin olunub. 

O.Məmmədov bundan əvvəl Azərbaycan Güləş Federasiyasında İdman şöbəsinin müdiri vəzifəsində çalışıb. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirən Orxan Məmmədov yeniyetmə yaşlarından güləşin sərbəst növü ilə məşğul olub, dəfələrlə Azərbaycan çempionu, beynəlxalq turnirlərin qalib və mükafatçısı olub. Güləş idman növünün inkişafındakı xidmətlərinə görə o, "Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu" ilə təltif olunub, idman ustası, əməkdar məşqçidir.

Son xəbərlər

Orphus sistemi