Azərbaycan gimnastları Rusiyada 7 medal qazanıblar

Azərbaycan gimnastları Rusiyada 7 medal qazanıblar Azərbaycanın kişilərdən ibarət idman gimnastikası üzrə milli komandası Rusiyanın Obninsk şəhərində Larisa Latinina adına beynəlxalq turnirdə 7 medal qazanıb.
Fərdi
6 Dekabr , 2019 15:50
Azərbaycan gimnastları Rusiyada 7 medal qazanıblar

Azərbaycanın kişilərdən ibarət idman gimnastikası üzrə milli komandası Rusiyanın Obninsk şəhərində Larisa Latinina adına beynəlxalq turnirdə 7 medal qazanıb.

“Report” xəbər verir ki, Səməd Məmmədli halqalar və turnikdə bütün rəqiblərini üstələyərək 1-ci olub. O, dayaqlı tullanma alətində çıxışına görə 3-cü yerdə qərarlaşıb. Rəsul Əhmədzadə isə sərbəst hərəkətlərdə 3-cü olub.

Böyüklərin yarışında ən yaxşı nəticəni Cavidan Babayev göstərib. O, halqalarda 2-ci, sərbəst hərəkətlərdə isə 3-cü olub. Sərvər Əliyev paralel qollarda çıxışına görə 3-cü yerdə qərarlaşıb.

Azərbaycan millisi komanda hesabında 3-cü olub.

Son xəbərlər

Orphus sistemi