Azərbaycan gimnastları Portuqaliyada 3 medal qazanıb

Azərbaycan gimnastları Portuqaliyada 3 medal qazanıb Medallardan 2-nə Marina Durunda sahib olub
Fərdi
30 Mart , 2015 10:40
Azərbaycan gimnastları Portuqaliyada 3 medal qazanıb

Bakı. 30 mart. REPORT.AZ/ Azərbaycan bədii gimnastları Portuqaliyanın paytaxtı Lissabonda keçirilmiş Dünya Kubokunda 3 bürünc medal qazanıb. "Report"un məlumatına görə, medallardan 2-nə Marina Durunda sahib olub.

Azərbaycan yığmasının lideri və "Bakı 2015" I Avropa oyunlarının idman səfiri top və lentlə hərəkətlərdə mükafatçılar sırasına düşməyi bacarıb. O, gürzlər və halqa ilə hərəkətlərdə 4-cü, çoxnövçülükdə 5-ci yeri tutub. Digər bürünc medalı isə iplə çıxış edən yeniyetmə gimnast Jalə Piriyeva əldə edib. 

Qeyd edək ki, Dünya Kubokunda Azərbaycanın qrup hərəkətləri üzrə yeniyetmələrdən ibarət komandası da mübarizə aparıb. Bu komandanın 5 topla mərhum pop-musiqiçisi Maykl Ceksonun “Smooth Criminal” mahnısının sədaları altında çıxışı 4-cü yerə layiq görülüb. 

Son xəbərlər

Orphus sistemi