Azərbaycan gimnastları Dünya Kubokunda 3 medal qazanıb

Azərbaycan gimnastları Dünya Kubokunda 3 medal qazanıb Milli Gimnastika Arenasında 15 ölkədən 82 batutçu və tamblinqçi yarışıb
Fərdi
20 Fevral , 2017 16:33
Azərbaycan gimnastları Dünya Kubokunda 3 medal qazanıb

Bakı. 20 fevral. REPORT.AZ/ Batut gimnastikası üzrə yeni olimpiya dövründə ilk Dünya Kubokuna yekun vurulub. "Report"un məlumatına görə, 15 ölkədən Bakıya təşrif buyurmuş 82 batutçu və tamblinqçilər Milli Gimnastika Arenasında yarışıblar.

Azərbaycan idmançıları turnirdə 3 gümüş medal qazanıblar. Tamblinqçi Mixail Malkinlə batut üzrə yarışlarda sinxron proqramda çıxış edən Svetlana Makştarova və Veronika Zemlyanayadan ibarət cütlük ikinci yeri tutublar. İlya Qrişunin isə Yay Olimpiya Oyunlarının proqramına daxil olan fərdi çıxışında fərqlənərək fəxri kürsünün ikinci pilləsinə yüksəlib.

Qeyd edık ki, ötən il də batut gimnastikası üzrə Dünya Kuboku Bakıda keçirilib.

Son xəbərlər

Orphus sistemi