Yuxarı

​Azərbaycan gimnastları Dünya "Çelenc Kuboku"nun finalına vəsiqə qazanıblar

Bunlar Mariya Smirnova ilə Petro Paxnyukdur

Bakı. 19 fevral. REPORT.AZ/ Bu gün start götürən Dünya "Çelenc Kuboku"nda Azərbaycanın qadın idman gimnastı Mariya Smirnova finala yüksəlib. "Report"un məlumatına görə, o, qadınlar arasında dayaqla tullanma yarışında ilk 8-liyə adını yazdıraraq buna nail olub.

M.Smirnovanın aktivində 13.150 xal var.

Bundan başqa, kişi gimnast Petro Paxnyuk sərbəst hərəkətlər üzrə yarışlarda finala vəsiqə qazanıb. 14,950 bal toplayan Paxnyuk siyahıda ikinci olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi