Azərbaycan gimnastları Budapeştdə beynəlxalq turnirdə çıxış edəcək

Azərbaycan gimnastları Budapeştdə beynəlxalq turnirdə çıxış edəcək Azərbaycanın bədii gimnastika üzrə yığma komandası fevralın 19-da Macarıstanın Budapeşt şəhərində start götürəcək ənənəvi beynəlxalq "Gracia Fair Cup"a qatılacaq.
Fərdi
17 fevral 2022 10:14
Azərbaycan gimnastları Budapeştdə beynəlxalq turnirdə çıxış edəcək

Azərbaycanın bədii gimnastika üzrə yığma komandası fevralın 19-da Macarıstanın Budapeşt şəhərində start götürəcək ənənəvi beynəlxalq "Gracia Fair Cup"a qatılacaq.

Federasiyanın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, üç gün davam edəcək yarışa fərdi və qrup hərəkətləri üzrə komanda üzvləri yollanıblar.

Fərdi növlərdə böyüklər arasında İlona Zeynalova, gənclər arasında Gövhər İbrahimova mübarizə aparacaqlar.

Böyüklər arasında qrup hərəkətləri üzrə yarışlarda yığmanın ikinci heyəti - Nigar Xankişiyeva, Nərgiz Ramazanova, Zəhra Paşazadə, Fidan Yusifzadə, Səkinə İbrahimbəyli çıxış edəcək.

Son xəbərlər

Orphus sistemi